Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında məlumat stendi
“Femida Könüllüləri” Təşkilatı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında məlumat stendi qurulub.

Layihənin məqsədi müvafiq modullar üzrə könüllülük fəaliyyəti üçün qeydiyyatın həyata keçirilməsi, qeydiyyat prosesinin daha əlçatan və operativ təşkil olunması, fəaliyyət barədə düzgün məlumatlandırmanın təmin edilməsi və sualların cavablandırılmasıdır.
Görüş çərçivəsində təşkilatın fəaliyyəti, təqdim olunan imkanlar və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.