Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə təlim

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 25 may 2026-cı il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İctimai təzyiq və bullinq” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Təlim zamanı iştirakçılara “ictimai təzyiq” və “bullinq” anlayışlarının hüquqi və sosial mahiyyəti izah edilmiş, bu halların psixoloji və sosial fəsadları barədə məlumat verilmişdir. Həmçinin ictimai təzyiqin qarşısının alınması üçün qanunvericilik çərçivəsində hüquqi mexanizmlərin mövcudluğu vurğulanmış, gənclərin öz hüquqlarını bilməsinin və hüquq pozuntuları ilə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.