Ali Məhkəmədə könüllülərin sertifikasiyası
Azərbaycan Respublikasının Ali Məhkəməsində STEP II fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və kommersiya işlərinin təşkili və Cinayət, inzibati və plenum işlərinin təşkili şöbələrinin müdirləri Əkbər Əkbərli və Ruhin Yolçuyev könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşüb,onların məhkəmə işinə verdiyi töhfədən bəhs edib və könüllülərə gələcək işlərində uğurlar arzulayıblar.
“Femida Könüllüləri Təşkilatının sədri Nilgün Məmmədova çıxış edərək, könüllülərlə birgə fəaliyyətləri ilə bağlı müzakirələr aparmış, onlara təşkilatın yeni fəaliyyət istiqamətləri ilə bağlı məlumat vermişdir.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər cari ilin iyun-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıblar.