Azərbaycan Respublikasının Ali Məhkəməsində könüllülərin sertifikasiyası
Azərbaycan Respublikasının Ali Məhkəməsində STEP II fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.



Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət, inzibati və plenum işlərinin təşkili, Vətəndaşların qəbulu və müraciətləri ilə iş və Mülki və kommersiya işlərinin təşkili şöbələrinin müdirləri Yolçuyev Ruhin, Qəhrəmanov Şahin və Əkbərli Əkbər könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşüb, onların məhkəmə işinə verdiyi töhfədən bəhs edib və könüllülərə gələcək işlərində uğurlar arzulayıblar.
“Femida Könüllüləri” Təşkilatının sədri Salman Vahabov çıxış edərək, könüllülərlə birgə fəaliyyətləri ilə bağlı müzakirələr aparmış, onlara təşkilatın yeni fəaliyyət istiqamətləri ilə bağlı məlumat vermişdir.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər cari ilin sentyabr-may ayları ərzində Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıblar.