Bakı Ağır Cinayətlər Məhkəməsində könüllülərin sertifikasiyası
Cari ilin 25 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə məhkəmə sədri İsmayıl Xəlilov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra "Femida Könüllüləri" Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mirəli Seyidov çıxış edərək təşkilatın yeni fəaliyyət istiqamətləri və yaradılmış imkanlarla bağlı könüllülərə məlumat vermişdir.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər fevral-may ayları ərzində Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.