Xəbərlər

Bakı Ağır Cinayətlər Məhkəməsində könüllülərin sertifikasiyası

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər may-avqust ayları ərzində Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.