Bakı Apellyasiya Məhkəməsində könüllülərin sertifikasiyası
Cari ilin 8 iyul tarixində Bakı Apellyasiya Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
"Femida Könüllüləri" Təşkilatının sədri Nilgün Məmmədova çıxış edərək, təşkilatın yeni fəaliyyət istiqamətləri və yaradılmış imkanlarla bağlı könüllülərə məlumat verib.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər cari ilin fevral-may ayları ərzində Bakı Apellyasiya Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıblar.