Bakı İnzibati Məhkəməsində könüllülərin sertifikasiyası
Bakı İnzibati Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatın təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər avqust-fevral ayları ərzində Bakı İnzibati Məhkəməsində fəaliyyətdə olublar. Onlar, ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.