Bakı Kommersiya və Səbail Rayon Məhkəmələrində sertifikasiya
Cari ilin 27 iyun tarixində Bakı Kommersiya və Səbail Rayon Məhkəmələrində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Məhkəmə sədri İlham Əhmədov və sədr-əvəzi Şahin Abdullayev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər fevral-may ayları ərzində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində və Bakı şəhəri Səbail Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.