Xəbərlər

BDU tələbələri üçün infosessiya

“Femida Könüllüləri” Təşkilatı tərəfindən Bakı Dövlət Universitetinin tələbələri üçün infosessiya keçirilib.


İnfosessiya  zamanı "Femida Könüllüləri" Təşkilatının sədri Nilgün Məmmədova və Təşkilatın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mirəli Seyidov tələbələrə könüllülük fəaliyyətinin təşkili, yeni fəaliyyət sahələri və layihələrlə bağlı ətraflı məlumat veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.