“Dəyirmi Masa” layihəsinin buraxılışı
“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin növbəti buraxılışının qonağı "Alyans" Vəkil Bürosunun vəkili Qumru Eyvazova olub.“Sökülən binalarda əmlak hüquqlarına xitam verilməsi və bununla bağlı olan mübahisələr” mövzusuna həsr olunmuş buraxılış zamanı mülkiyyət hüququnun qorunması, ədalətli kompensasiyanın müəyyən edilmə qaydaları, müqavilə öhdəliklərinin rolu və məhkəmə təcrübəsində rast gəlinən mübahisələr geniş şəkildə müzakirə olunub.
Prosesin hüquqi əsasları izah edilərək iştirakçılara belə işlərdə sübutların toplanması və hüquqi müdafiə imkanları barədə praktiki tövsiyələr verilib. Bu müzakirələr sökülmə prosesi zamanı vətəndaşların əmlak maraqlarının necə təmin olunduğunu anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün sonunda Qumru Eyvazova öz təcrübəsini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.




