"Dəyirmi masa" layihəsinin I buraxılışı baş tutdu
“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin I buraxılışının qonaqları Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova və Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasov olub.“Ştat ixtisarı” mövzusunda keçirilən maraqlı müzakirənin nəticəsində, Femida Könüllüləri müxtəlif ölkələrin qanunvericiklərini,presedent hüquqlarını və beynəlxalq konvensiyaları mübahisə edərək, real kazuslara tətbiq ediblər.
Görüşün sonunda hakimlər, öz təcrübələrini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıblar.