“Dəyirmi Masa” layihəsinin növbəti buraxılışı
“Dəyirmi Masa” layihəsinin növbəti buraxılışının qonaqları Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid İsmayılzadə və Şirvan İnzibati Məhkəməsinin hakimi Rəşidə Quliyeva olub.


“İnzibati hüququn gələcəyi: rəqəmsallaşma və yeni hüquqi çağırışlar” mövzusuna həsr olunmuş buraxılış zamanı hakimlər rəqəmsallaşmanın inzibati hüquqa təsiri, süni intellekt və elektron idarəetmənin hüquqi aspektləri barədə ətraflı məlumat verərək, bu sahədə yaranan yeni hüquqi çağırışları müzakirə ediblər.
Görüş zamanı inzibati hüququn gələcək inkişaf istiqamətləri, rəqəmsal texnologiyaların hüquqi tənzimlənməsi, həmçinin yeni hüquqi mexanizmlərin formalaşdırılması ilə bağlı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda hakimlər öz təcrübəsini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıblar.