Xəbərlər

“DİVАN” Milli Məhkəmə Simulyasiyasında Təlim Sessiyası

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyasının Kommersiya istiqaməti üzrə iştirakçıları üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatı, Mülki və kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri Nazənin Hüseynovanın təqdimatında təlim keçirilib.

Təlim zamanı iştirakçılar "Kommersiya mübahisələrində məhkəmə icraatı" mövzusunda geniş və ətraflı məlumatlar əldə ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.