Xəbərlər

“DİVAN” Milli Məhkəmə Simulyasiyasını tanıtmaq məqsədilə infosessiya

Cari ilin 24 noyabr tarixində Femida Könüllüləri üçün Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” Milli Məhkəmə Simulyasiyasını tanıtmaq məqsədilə infosessiya keçirilib.

İnfosessiya zamanı “Femida Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mirəli Seyidov çıxış edərək, Femida Könüllülərinə layihənin əsas məqsəd və vəzifələri, qeydiyyat mərhələsi, müsabiqənin qaydaları və digər məsələlər barədə geniş məlumat verib. 

Tədbirin sonunda Femida Könüllülərin sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“DİVAN” platformasında siz də öz yerinizi tutmağa hazır olun!