Xəbərlər

"DİVAN" Milli Məhkəmə Simulyasiyasını tanıtmaq məqsədilə infosessiyalar

Cari ilin oktyabr-noyabr aylarında Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyası Hüquq Fakültəsində Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” Milli Məhkəmə Simulyasiyasını tanıtmaq məqsədilə infosessiyalar keçirilib.

İnfosessiyalar zamanı “Femida Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mirəli Seyidov və təşkilat komitəsinin digər üzvləri çıxış edərək, tələbələrə layihənin əsas məqsəd və vəzifələri, qeydiyyat mərhələsi, müsabiqənin qaydaları və digər məsələlər barədə geniş məlumat veriblər. 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“DİVAN” platformasında siz də öz yerinizi tutmağa hazır olun!