Xəbərlər

“DİVАN” Milli Məhkəmə Simulyasiyasının açılış mərasimi

2 fevral - Gənclər Günü münasibətilə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyasının III mərhələsi olan Mövqe Sənədi mərhələsinin açılış mərasimi baş tutub.

Tədbir zamanı iştirakçılara müsabiqənin növbəti mərhələsinin gedişatı və qaydaları haqqında ətraflı məlumat verilib, həmçinin qeyd olunan mərhələ üçün yaradılmış veb-saytın təqdimatı keçirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.