Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş görüş keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş görüş keçirilib.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirədə Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov, Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı və “2022-2028-ci illər üçün Dövlət Proqramı” məzunu Cavid Rəhimli iştirak edib.
Panel müzakirə zamanı Dövlət Proqramı vasitəsilə xaricdə təhsil imkanları, müraciət və seçim mərhələləri, proqramın təqdim etdiyi üstünlüklər və gələcək karyera perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Dövlət Proqramı çərçivəsində hüquq ixtisası üzrə xaricdə təhsilə dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.