Ədliyyə və məhkəmə modulları üzrə müsahibə mərhələsi davam edir
“Femida Könüllüləri” Təşkilatının Naxçıvan nümayəndəliyi tərəfindən start götürən STEP I mərhələsi ədliyyə və məhkəmə modulları üzrə müsahibə mərhələsi davam edir.Müsahibələrdə “Femida Könüllüləri” Təşkilatı Naxçıvan nümayəndəliyinin əməkdaşları və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı İradə Quliyeva iştirak edib.
Femida könüllüsü olmaq üçün qeydiyyatdan keçmiş hər bir namizəd müsahibə mərhələsinə dəvət edilir.
Qeyd edək ki, müsahibə mərhələsini uğurla başa vuran Naxçıvan gənclərinin oktyabr ayı ərzində yerli icra, qeydiyyat, probasiya orqanlarında və müvafiq instansiya məhkəmələrində mərhələli şəkildə könüllülük fəaliyyətinə başlaması nəzərdə tutulur.