"Femida Könüllüləri" üçün ilkin təlim
“Femida Könüllüləri” Təşkilatına müraciət etmiş və seçmə mərhələsini uğurla tamamlamış könüllülər üçün ilkin təlim barədə görüş keçirilib.

İlkin təlim çərçivəsində “Femida Könüllüləri” Təşkilatının “İnsan resurslarının idarə edilməsi və təlim”, “Layihələrin idarə edilməsi”, “Könüllülərlə iş” və “İctimaiyyətlə əlaqələr” departamentlərinin rəhbərləri və əməkdaşları çıxış edərək hər bir departamentin fəaliyyət istiqamətləri, əsas vəzifələri və gələcək fəaliyyət mexanizmləri barədə ətraflı məlumat veriblər. Könüllülər təşkilatın hüquqi maarifləndirmə və ictimai faydalılıq sahəsindəki rolu ilə tanış ediliblər, könüllülük fəaliyyətinin əsas prinsipləri və gözlənilən məsuliyyətlər izah olunub. Eyni zamanda könüllülük fəaliyyətinin qaydaları ilə bağlı iştirakçılar məlumatlandırılıblar.
Təlim zamanı könüllülərin sualları cavablandırılıb, onların motivasiyası və gözləntiləri dinlənilib, gələcək fəaliyyətlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. İlkin təlim səmimi və interaktiv mühitdə keçib, könüllülərin təşkilata adaptasiyasına və davamlı əlaqələrinin qurulmasına mühüm töhfə verib.