“Femida Akademiya” layihəsi çərçivəsində “Ailə hüququ” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə İsmayıllı Rayon Məhkəməsində hakim Nərmin Qoşqarova tərəfindən Femida Könüllüləri üçün “Ailə hüququ” mövzusunda təlim sessiyası keçirilmişdir.Təlim zamanı ailə hüququnun əsas anlayışları, nikahın bağlanması və xitamı, ər-arvadın hüquq və vəzifələri, valideyn və uşaqlar arasında hüquqi münasibətlər, aliment öhdəlikləri və ailə mübahisələrinin məhkəmə qaydasında həlli barədə ətraflı məlumat verilmişdir. Həmçinin ailə hüququ sahəsində məhkəmə təcrübəsində rast gəlinən məsələlər praktiki nümunələr əsasında izah edilmişdir.
Sonda könüllülərin sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların ailə hüququ üzrə nəzəri və praktiki bilikləri möhkəmləndirilmişdir.