Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində “Cinayət hüququ” mövzusunda təlim

“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Şəki Rayon Məhkəməsinin sədri Ceyhun Əhmədov tərəfindən Femida Könüllüləri üçün “Cinayət hüququ” mövzusunda təlim sessiyası keçirilmişdir.

 Təlim zamanı cinayət hüququnun prinsipləri, cinayət məsuliyyətinə cəlb etmənin əsasları, cinayət məsuliyyətinin yaranma şərtləri və qanunvericilikdə nəzərdə tutulmuş əsas hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə fəaliyyətinin praktikası, məhkəmələrin iş prinsipləri, hakimlərin fəaliyyəti və məhkəmə təcrübəsində rast gəlinən hüquqi məsələlər barədə məlumat verilmiş, praktiki nümunələr əsasında iştirakçılara test formalı suallar ünvanlanmışdır.

Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.