Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində “Cinayət törədilməsinə görə tətbiq edilən cəzalar” mövzusunda təlim

“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Mingəçevir Şəhər Məhkəməsində sədr Nemət Paşayev tərəfindən Femida Könüllüləri üçün “Cinayət törədilməsinə görə tətbiq edilən cəzalar” mövzusunda təlim keçirilmişdir.

Təlim zamanı cinayət anlayışı və onun hüquqi mahiyyəti, cinayət məsuliyyətinin əsasları, cinayət cəzalarının növləri və təyin edilmə prinsipləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın məqsədləri, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əsas hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə təcrübəsində rast gəlinən müxtəlif cinayət işləri, aktual hüquqi məsələlər və praktiki kazuslar əsasında nümunələr geniş şəkildə təhlil edilərək iştirakçılarla müzakirə olunmuşdur.

Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.