“Femida Akademiya” layihəsi çərçivəsində “Kriminalistika və müasir cinayət növləri ” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Aybəniz Rəhimova tərəfindən Femida Könüllüləri üçün “Kriminalistika və müasir cinayət növləri ” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı cinayət hüququnun əsas anlayış və prinsipləri, cinayət məsuliyyətinin əsasları, cinayətlərin təsnifatı, cinayət tərkibinin elementləri, cinayət məsuliyyətini istisna edən hallar və cəza institutuna dair məsələlər ətraflı şəkildə izah edilmişdir. Eyni zamanda, cinayət hüququnun tətbiqi zamanı məhkəmə təcrübəsində qarşıya çıxan aktual hüquqi məsələlərə toxunulmuş, müxtəlif kazuslar və praktiki nümunələr əsasında iştirakçıların nəzəri biliklərinin praktik müstəvidə möhkəmləndirilməsi təmin edilmişdir.Təlimin sonunda könüllülərin sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların cinayət hüququ üzrə nəzəri və praktiki biliklərinin inkişafına töhfə verilmişdir.

