“Femida Akademiya” layihəsi çərçivəsində “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Şəmkir Rayon Məhkəməsində hakim Həvayət Məmmədli tərəfindən Femida Könüllüləri üçün “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” mövzusunda təlim sessiyası keçirilmişdir. Təlim zamanı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması və həyata keçirilməsi, istifadə hüququnun subyektləri, yaşayış sahəsindən istifadənin hüquqi əsasları və bu sahədə yaranan mübahisələrin həlli məsələləri ətraflı şəkildə izah edilmişdir.
Təlimin sonunda könüllülərin sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların mülki hüquq sahəsində nəzəri və praktiki biliklərinin inkişafına töhfə verilmişdir.