“Femida Akademiyası” layihəsi çərçivəsində təlim
07 - 08 may 2025-ci il tarixlərində müxtəlif modullar üzrə fəaliyyət göstərən könüllülər üçün "Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı, təlimçi Səadət Qəhrəmanova tərəfindən “Mülki məhkəmə icraatı qaydasında işin qaldırılması və baxılan iddialar” mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub.Təlim zamanı iştirakçılar mülki məhkəmə icraatının hüquqi əsasları, mülki icraata dair qanunvericiliyin tətbiqi mexanizmləri, iddia qaldırılması prosesində nəzərə alınmalı olan mümkünlük şərtləri, eləcə də məhkəmə praktikasında daha geniş tətbiq olunan iddia növləri haqqında ətraflı məlumat əldə ediblər.
Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb.