Xəbərlər

Femida Könülllüləri ilə distant təlim

Vəkillik modulu və regionlarda yerləşən müxtəlif instansiya məhkəmələrində fəaliyyətə başlayan Femida Könüllülərinə distant təlim təşkil edilib.

Təlim zamanı könüllülərə fəaliyyətdə olacaqları müddət ərzində fəaliyyət planları, qiymətləndirmə mərhələləri, təşkil olunan layihələr və etik davranış qaydaları haqqında məlumat verilib.

Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.