Femida Könüllüləri Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər
Femida Könüllüləri 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Yubiley Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.Sərgidə Femida Könüllüləri müxtəlif kitabların təqdimatında, tədbirin proqram fəaliyyətində və xarici ölkələrdən gələn tanınmış yazıçı və şairlər, elm adamları ilə görüşlərdə iştirak ediblər.