Femida Könüllüləri COP29-da
Femida Könüllüləri COP29 çərçivəsində əməkdaş və könüllü kimi fəaliyyət göstəriblər!Hər il müxtəlif ölkələrin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasınına ölkəmiz ev sahibliyi edib. Tədbir nəticəsində qlobal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün yeni qərarlar qəbul edilib və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Bu mühüm tədbirdə Femida Könüllüləri COP29 Könüllüləri qismində fəal iştirak edərək, tədbirin təşkilinə öz töhfəsini veriblər!