Xəbərlər

Femida Könüllüləri Fəxri Xiyabanı ziyarət ediblər

Femida Könüllüləri 12 dekabr - Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə Fəxri Xiyabanı ziyarət edərək dahi rəhbərin əziz xatirəsini yad edib, məzarın önünə güllər qoyublar.

Heydər Əliyev, özünün zəngin siyasi təcrübəsi və uzaqgörən siyasəti ilə Azərbaycanda həm daxili, həm də xarici siyasətdə böyük dəyişikliklər həyata keçirmiş, xalqın sevgisini və etimadını qazanmış bir lider kimi tarixdə qalacaq.