Xəbərlər

Femida Könüllüləri “GreenFest” festivalında

Cari ilin 26 oktyabr tarixində “Yaşıl Enerji Zonası” elan edilən Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində “GreenFest” festivalı keçirilib.

Tədbirdə ekoloji sərgilər, startap təqdimatları, müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar təşkil olunub və mövzuya uyğun stendlər nümayiş olunub. 

“Femida Könüllüləri” Təşkilatının Naxçıvan nümayəndəliyinin əməkdaşı Yusif Mirzəzadə “Daha güclü iqlim öhdəlikləri üçün: Gənclərin rolu” mövzusunda keçirilən panel müzəkirəsinin spikeri olub. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Femida Könüllüləri də tədbirdə aktiv iştirak ediblər.