Femida Könüllüləri “İblis” tamaşasının izləyiciləri olublar
Femida Könüllülərinin vaxtlarının səmərəli təşkil edilməsi və onlar arasında kommunikasiyaların qurulması məqsədilə mədəni tədbirlər həyata keçirilir.Belə ki, STEP l mərhələsi üzrə Xətai və Yasamal Rayon məhkəmələrində fəaliyyət göstərən Femida Könüllüləri cari ilin 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində nümayiş olunan “İblis” tamaşasının izləyiciləri olublar.