Xəbərlər

Femida Könüllüləri ilə görüşlər həyata keçirilib

Vəkillik modulu üzrə STEP I mərhələsində “Yusif Allahverdiyev və Partnyorları” və “Kəngərli və Partnyorları” Vəkil Bürolarında fəaliyyət göstərən Femida Könüllüləri ilə görüşlər həyata keçirilib.

Görüş zamanı könüllülərin fikir və təklifləri öyrənilib, onların fəaliyyəti ilə yaxından maraqlanılıb. 

Qeyd edək ki, vəkillik modulu üzrə fəaliyyət göstərən Femida Könüllüləri hüquqi tədqiqat bacarıqlarını inkişaf etdirmək, qanunların tətbiqi və məhkəmə qərarlarının analizi üzrə təcrübə qazanmaq, hüquqi sənədləri hazırlamaq, müştərilərlə əlaqə qurmaq, real hüquqi məsələlər üzərində işləmək, məhkəmə proseslərində iştirak etmək və iş prosesinin bütün mərhələlərində yer almaq kimi imkanlar əldə ediblər.