Femida Könüllüləri ilə individual görüşlər
Məhkəmə modulunun STEP I mərhələsi üzrə Nəsimi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Anar İbadzadə tərəfindən təlim keçirilib.Təlim zamanı Femida Könüllüləri “Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin hüquqi təhlili” mövzusunda geniş və ətraflı məlumat əldə etmiş, həmin maddənin təfsiri, tətbiq sahələri və məhkəmə proseslərində üzləşilən çətinliklər barədə biliklər qazanmışlar.
Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.