“Femida Könüllüləri” Təşkilatı AmCham Azərbaycan Konfransında
“Femida Könüllüləri” Təşkilatı AmCham Azərbaycan Konfransında təmsil olunmuşdur.“Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması” mövzusunda keçirilən konfrans çərçivəsində hüquq təhsili, hüquq peşəsinin gələcəyi, peşəkar inkişaf və hüquq sahəsində mövcud çağırışlarla bağlı panel müzakirələri təşkil edilmişdir.
Tədbir iştirakçıları hüquq və biznes mühitinin gözləntiləri, eləcə də hüquq sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
#themisvolunteers