Xəbərlər

"Femida Könüllüləri" üçün təlim

6 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “LEXARIS” layihəsinin “Dövlət hakimiyyətinin konstitusion əsasları” buraxılışı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev tərəfindən “Milli kimliyin qanunvericiliyə təsiri – vicdan azadlığının təminatı kontekstində” mövzusuna həsr olunmuş təlim sessiyası keçirilmişdir.

Təlim zamanı milli kimlik anlayışının formalaşması, dövlətçilik ənənələrinin hüquqi sistemə təsiri, hüquq yaradıcılığında milli-mənəvi dəyərlərin rolu ətraflı şəkildə izah olunmuşdur. Eyni zamanda, vicdan azadlığının mahiyyəti, fərdin dini etiqad seçmək və ya hər hansı etiqada bağlı olmamaq hüququnun hüquqi çərçivəsi, bu azadlığın dövlət tərəfindən qorunması və tətbiq olunan mexanizmlər müzakirə edilmişdir.Sessiya çərçivəsində dini və ideoloji müxtəlifliyin hüquqi tənzimlənməsi, cəmiyyətdə hüquqi balansın qorunması və milli dəyərlərlə qanunvericilik arasındakı qarşılıqlı əlaqə nəzəri və praktiki aspektlərdən təhlil olunmuş, real hüquqi situasiyalar əsasında müzakirələr aparılmışdır.Təlim iştirakçıları milli kimliyin hüquqi sistemə təsirinin həm nəzəri, həm də praktiki tərəfləri ilə tanış olmuş, hüquqi düşüncənin formalaşmasında milli amillərin əhəmiyyətini daha dərindən anlamaq imkanı əldə etmişlər.