Xəbərlər

"Femida Könüllüləri" üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Sabunçu Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Elnurə Rəcəbova tərəfindən “Cinayət məsuliyyəti və cəza” mövzusunda təlim keçirilib.

Təlim zamanı cinayət və cəza anlayışları və hüquqi islahatların istiqamətləri nəzəri və praktiki yanaşmalar əsasında təhlil olunub. Hakim Elnurə Rəcəbova hüquqi institutların rolu və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib.

Görüş interaktiv müzakirələrlə davam edib, könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılar nəzəri biliklərini genişləndirərək, məhkəmə proseslərində cinayət hüququnun əsas institutlarının əhəmiyyətini daha dərindən mənimsəyiblər.