Xəbərlər

"Femida Könüllüləri" üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsində “Cinayət məsuliyyətindən azad etmənin əsasları” mövzusunda Femida Könüllüləri üçün təlim keçirilib. Təlim hakimlər Hafiz Kamranov, Hüseyn Hüseynli və Babək Pənahov tərəfindən keçirilib.

Təlim zamanı cinayət məsuliyyətindən azad etmə institutunun anlayışı, hüquqi əsasları və tətbiq mexanizmləri nəzəri və praktiki yanaşmalar əsasında təhlil olunub. Hakimlər mövcud normativ baza, hüquqi prosedurlar və institusional mexanizmlər barədə məlumat veriblər.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda könüllülər cinayət hüququnda məsuliyyətdən azad etmə institutunun məhkəmə təcrübəsindəki rolunu daha aydın şəkildə mənimsəyiblər.