"Femida Könüllüləri" üçün təlim
Vəkillik modulunun STEP I mərhələsi çərçivəsində Arbitrium Vəkil Bürosunda fəaliyyət göstərən Femida Könüllüləri üçün vəkil Mehdiyev Polad Aley oğlu tərəfindən təlim təşkil olunub.Təlim zamanı könüllülərə “İnzibati icraatda prosedur prinsiplər və təminatlar” mövzusunda ətraflı məlumat verilib, inzibati icraatın əsas prinsipləri, tərəflərin hüquq və təminat mexanizmləri izah olunub.
Sonda iştirakçıların ünvanladıqları suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.


