Xəbərlər

"Femida Könüllüləri" üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Yasamal Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Cinayət Məcəlləsinin vəzifələri və prinsipləri” mövzusunda təlim keçirilib. Təlim hakim Mirsadiq Seyidov tərəfindən keçirilib.

Təlim zamanı Cinayət Məcəlləsinin əsas vəzifələri, cinayət hüququnun prinsipləri, cinayət tərkibinin anlayışı və onun elementləri nəzəri və praktiki yanaşmalar əsasında izah olunub. Eyni zamanda cinayət tərkibinin müəyyən edilməsi, hüquqi qiymətləndirmə və bu sahədə tətbiq olunan əsas mexanizmlər barədə iştirakçılara məlumat verilib.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mövzunun cinayət hüququndakı əhəmiyyətini və praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.