Xəbərlər

Femida Könüllüləri üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Naxçıvan Şəhər Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “İnsan hüquqlarının müdafiə problemləri” mövzusunda təlim keçirilib. Təlim hakim Aslan Heydərov tərəfindən aparılıb.

Təlim zamanı insan hüquqlarının müdafiəsi sahəsində mövcud aktual problemlər, bu hüquqların təmin olunması mexanizmləri və beynəlxalq standartlar nəzəri və praktiki aspektlərdə izah olunub. Eyni zamanda, məhkəmə təcrübəsində insan hüquqlarının qorunmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mövzu üzrə əsas məqamları daha dərindən mənimsəyiblər.