Femida Könüllüləri üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva tərəfindən Femida Könüllüləri üçün “Məhkəmədə elektron və rəqəmsal sübutlar” mövzusunda təlim keçirilib.

Təlim zamanı məhkəmə icraatında elektron və rəqəmsal sübutların anlayışı, onların əldə edilməsi, qiymətləndirilməsi və sübut kimi istifadə edilməsinin hüquqi əsasları ətraflı izah olunub. Eyni zamanda, rəqəmsal sübutların etibarlılığının təmin edilməsi, məhkəmə təcrübəsində tətbiqi və bu sahədə mövcud hüquqi yanaşmalar nəzəri və praktiki aspektlərdə iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndiriblər.