Femida Könüllüləri üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov tərəfindən Femida Könüllüləri üçün “Mülki müqavilələrin anlayışı və əqdlərin etibarsızlığı” mövzusunda təlim keçirilib.

Təlim zamanı mülki müqavilələrin anlayışı, onların bağlanmasının əsas prinsipləri, tərəflərin hüquq və vəzifələri, müqavilə münasibətlərinin hüquqi mahiyyəti və tətbiq sahələri iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, əqdlərin etibarsızlığı anlayışı, etibarsız əqdlərin növləri, etibarsızlığın tətbiq edilmə əsasları, hüquqi nəticələri və məhkəmə təcrübəsində bu məsələlərə yanaşmalar nəzəri və praktiki aspektlərdə izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndiriblər.