Femida Könüllüləri üçün təlim
Regionda məhkəmə modulunun STEP I mərhələsi üzrə Masallı Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Zeynal Zeynalov tərəfindən təlim keçirilib.Cinayət hüququ mövzusuna həsr olunmuş təlim zamanı Femida Könüllüləri cinayət hüququnun əsas prinsipləri, cinayət anlayışı, subyektiv və obyektiv tərəfləri, məsuliyyət yaş həddi və cəza növləri, həmçinin sülh və insanlıq əleyhinə cinayətlərlə bağlı ətraflı məlumat əldə etdilər.
Hakim Zeynal Zeynalov iştirakçılara məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallar, qanunvericiliyin tətbiqi zamanı ortaya çıxan çətinliklər və hüquqi qiymətləndirmə prosesi ilə bağlı məsələlərin ətraflı izahını təqdim etdi.
Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.