Xəbərlər

Femida Könüllüləri üçün təlim keçirilib

Vəkillik modulunun STEP I mərhələsi üzrə “Arbitrum” Vəkil Bürosunda fəaliyyət göstərən Femida Könüllüləri üçün vəkil Kamilə Raxtari və Nərminə Əliyeva tərəfindən təlim keçirilib.

Təlim zamanı Femida Könüllüləri “İnzibati icraatda iddianın mümkünlüyü” mövzusunda geniş və ətraflı məlumat əldə ediblər.

Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.