Femida Könüllüləri üçün təlim keçirilib
Məhkəmə modulunun STEP I mərhələsi üzrə Sumqayıt Şəhər Məhkəməsi və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Zaur Hacıyev tərəfindən təlim keçirilib.Təlim zamanı Femida Könüllüləri cinayət hüququ və cinayət-prosessual hüquq sahəsindən geniş və hərtərəfli məlumat əldə ediblər.
Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılaraq, onlara hüquqi biliklərin praktik tətbiqinə dair ətraflı izahlar verilib.