Femida Könüllüləri üçün təlim keçirilib
Məhkəmə modulunun STEP I mərhələsi üzrə Bakı Hərbi Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Müşviq Məmmədov tərəfindən təlim keçirilib.Təlim zamanı Femida Könüllüləri silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntuları, müharibə cinayətləri sahəsindən geniş və hərtərəfli məlumat əldə ediblər.
Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılaraq, onlara hüquqi biliklərin praktiki tətbiqinə dair ətraflı izahlar verilib.