Femida Könüllüləri üçün təlim keçirilib
Vəkillik modulunun STEP I mərhələsi üzrə vəkil bürolarında fəaliyyət göstərən Femida Könüllüləri üçün Vəkillər Kollegiyasının Akademiyasında vəkil və “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun müdiri Emin Kiçiybəyov tərəfindən təlim keçirilib.Təlim zamanı Femida Könüllüləri “Sahibkarlıq və əmlak sahəsində yaranan hüquqi mübahisələr” mövzusunda geniş və ətraflı məlumat əldə ediblər, nəzəri biliklərlə yanaşı, məhkəmə təcrübəsini və müvafiq Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını müzakirə ediblər.
Təlimin sonunda könüllülər öz müsbət geridönüşlərini bölüşüblər və onlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.