Xəbərlər

Femida Könüllüləri üçün təlim keçirilib

Məhkəmə modulunun STEP I mərhələsi üzrə Binəqədi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Zamiq Bağırov tərəfindən təlim keçirilib.

Təlim zamanı Femida Könüllüləri “Özünü öldürmə həddinə çatdırmanın qanunvercilikdə tənzimlənməsi” mövzusunda geniş və ətraflı məlumat əldə ediblər.

Təlimin sonunda könüllülər öz müsbət geridönüşlərini bölüşüblər və onlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.