Xəbərlər

Femida Könüllüləri üçün təlim keçirilib

Məhkəmə modulunun STEP I mərhələsi üzrə Yasamal Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Orxan Məmmədli tərəfindən təlim keçirilib.

Təlim zamanı Femida Könüllüləri “Cinayət hüququnun tətbiqi və cinayət mühakiməsinin praktiki xüsusiyyətləri” mövzusunda geniş və ətraflı məlumat əldə ediblər.

Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.